qedr gecesi
’.
9-cu gün: Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, 
məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, 
məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!
6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi 
(hər rükətdə) və namazdan sonra 50 salavat.
10-cu gün: Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin 
yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın 
olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!
20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə)
11-ci gün: Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, 
məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu 
mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!
2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə)
12-ci gün: Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlər- 
dən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifa- 
yətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər 
bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!
8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə)
13-cü gün: Allahım məni bu ayda çirkinlik və murdarlıqdan 
paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar 
olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz 
qalmışların yeganə ümid yeri!
4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə)
14-cü gün: Allahım məni bu ayda хəta və büdrəmələrimə görə 
cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni 
bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!
6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə)
15-ci gün: Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən 
müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin 
qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, 
pənah verməyinə хatir ey qorхanların sığınacağı!
4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə), 
1 Həmd, 50 İxlas (ikinci rükətdə)İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran 
(Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc 
tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. 
Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız 
və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. Əl-Bəqərə, 185.
Ramazan ayının gündəlik duaları və müstəhəb gecə namazları:
16-cı gün: Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq 
etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, 
rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir ey 
aləmlərin Allahı!
12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)
17-ci gün: Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və 
arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey 
aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak 
əhli-beytinə salavat və salam yetir!
2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə), 
1 Həmd, 100 İxlas (ikinci rükətdə)
18-ci gün: Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən 
agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi 
onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini 
nurlandıran!
4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə)
19-cu gün: Allahım bu ayda mənim onun bərəkətlərindən payımı 
firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul 
olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!
50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə)
20-ci gün: Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və 
Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa 
müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!
8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə)
21-ci gün: Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın 
mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş 
yerim et ey istəyənlərin hacətlərini rəva edən!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
22-ci gün: Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, 
bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə 
kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını 
qəbul edən!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
23-cü gün: Allahım məni bu ayda günahlardan yu, eyblərdən 
təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin 
büdrəmələrinə göz yuman!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
24-cü gün: Allahım bu ayda Səndən Səni razı salan şeyi istəyirəm, 
Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim 
Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini 
diləyirəm ey möhtaclara əta edən!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
25-ci gün: Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin 
düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və 
sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!
8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə)
26-cı gün: Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş, 
günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, 
ey eşidənlərin ən eşidəni!
8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə)
27-ci gün: Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, 
işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan 
günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!
4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə)
28-ci gün: Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan 
payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində 
Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları 
Onu digərlərinə nəzər yetirməkdən saхlamır!
6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə)
və namazdan sonra 100 dəfə salavat.
29-cu gün: Allahım məni bu ayda rəhmətinə bürü, mənə 
müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət 
zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!
2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə)
30-cu gün: Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar 
üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı 
olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun 
pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!
8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra 
100 dəfə salavat..Qədr gecəsinin fəzilət və əməlləri
Bağışlayan və Mehriban Allahın adı ilə.
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək 
müstəhəbdir (savabdır):
1 Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya 
gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük 
savabı vardır.
2 Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər 
oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan 
Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil 
edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu 
qarşılayıram.»
3 Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz 
məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən fəsad və 
pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını 
qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi 
müəyyənləşdirirəm.»
4 Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük 
şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə 
sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının 
qaydası belədir:
Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən ilallah». Sübh 
namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 
dəfə mübarək «İxlas» surəsi oxunmalıdır. Namazı qurtardıqdan 
dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və 
ətubu iləyh» deyilir.
İmam Sadiq (ə) buyurur: «hər kəs bu namazı qıldıqdan sonra 
səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» 
deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və 
ata-anasının günahlarını bağışlayar.»
5 Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və 
imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) 
günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. 
Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi 
kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: «Ey Allahım, 
Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün 
rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində 
qoruyub saxlayacağam». Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: 
«Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. 
Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, 
Quran onu cəhənnəmə tərəf yönəldər.» (Yəni, hər kim Quranı 
oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə 
aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına 
baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and 
verməyin mənası budur ki, «Ey Allahım, mən Sənə və Sənin ən 
istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və 
ehtiyaclarımı diləyirəm.»
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi 
ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən 
təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və 
bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla 
əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
Bikə ya Allah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil Həsəni (10 dəfə)
Bil Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil Huccəti (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar 
qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması 
və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın 
duaları mütləq qəbul olunur.
6 İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.
7 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. 
(Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla 
bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını 
ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8 Peyğəmbər (s.a.a.v.) və Əhli-Beytinə salavat göndərmək.
9 Cövşən-kəbir duasını oxumaq
10 həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə 
«Əllahummələn qətələtə əmirəl-möminin» (Yəni: «İlahi, Əli (ə)-ın 
qatillərinə lənət et»).
11 Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək və tövbə 
etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi 
günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha 
söz verir. Yəni: «Ey Allahım, bu günə qədər mən səhv yolda 
olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və 
bir daha günah etməyəcəyəm.»
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, 
Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər 
və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur. Qədr surəsiFitr haqqında
Mübarək Ramazan ayı tamam olduqdan sonra şəvval ayının birinci 
günü Fitr bayramıdır və Fitr günü oruc tutmaq haramdır. Burada 
qarşıya belə bir sual çıxır. Fitr günü bayramdırsa, onda biz nə 
etməliyik? Və hansı işləri görməliyik?
Bu sualın cavabını həzrət Peyğəmbər (s.a.a.v.)-in hədisi ilə 
cavablandırmağımız daha gözəl olar. Həzrət Peyğəmbər (s.a.a.v.) 
şəvval ayının birinci günü belə buyurdu: 
"Fitr günü (möminləri səsləyərlər): Ey möminlər! Bu gün (Ramazan 
ayında etdiyiniz xeyir işlərin) mukafatını alın!"
Fitr günü oruc tutanlar bir-birini təbrik edərək bu əziz günü 
bayram edirlər. Məscidlərə gedib bayram namazında iştirak edərək 
Allahu-təaladan (c.c.) öz istəklərini diləyib Ramazan ayında 
tutduqları orucun və etdikləri ibadətlərin mukafatını alırlar. Lakin 
burada bir incəliyi qeyd etmək lazımdır ki, insan bayram edərkən 
heç bir günah iş görməməlidir. Bəzi insanlar elə hesab edirlər ki, 
bayram günü pozğunluq etmək lazımdır. Belə insanlar nadanlıq 
üzündən hər cür pozğunluğa əl atmaqla özlərinə bayram edirlər. 
İnsan istər bayram günlərində, istərsə də başqa günlərdə 
Allahu-təalanın (c.c.) narazı olduğu işlərə əl atmamalıdır. Həzrət 
Əli (ə) bu barədə buyurur: "Hansı gün ki, insan günah etmədi, o 
gün onun bayramıdır."
Fitrə zəkatı
Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an 
qalanda belə, həddi-buluğa çatan, aqil, fəqir və bir kəsin qulu 
olmasa özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, 
arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 
3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, 
ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansını pulunu versə, 
kifayətdir. Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin 
edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də 
olmasa fəqirdir və fitrə zəkatı ona vacib deyil.
Hər kəs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri 
hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, 
istərsə kiçik; istər müsəlman olsun, istərsə də kafir; istər onların 
xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində 
olsun, istərsə də başqa şəhərdə. Fitr bayramı gecəsində iftar 
vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun 
çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir. Fitr 
bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı 
olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq 
onun çörək yeyənlərindən hesab olunarsa, ehtiyata əsasən onun 
fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə 
məcbur etdiyi şəxsin də fitrəsini verməlidir. Fitr bayramı gecəsi 
məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl dəvət 
olunmuş olsa və orada iftar etsə belə) ev sahibinə vacib deyil.
Fitrə zəkatının istifadə olunduğu yerlər
Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam 
şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. 
Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, 
yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından 
asılı olmayaraq, fitrə vermək olar. Fitrə alan fəqirin adil olması 
lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar 
böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən 
yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.
Fitr bayramı namazı
Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla 
qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz 
müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və 
qurban bayramı namazlarının vaxtı günəş doğandan 
günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının 
namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş 
qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
Fitr bayramı namazının qaydası
Fitr bayramı namazı iki rəkətdir. Birinci rəkətdə həmd və surə 
oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir 
qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, 
ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir 
deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən 
sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz 
başa çatır.
Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma 
savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:
«Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və 
əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi 
hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin 
səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və 
məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən 
tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə 
muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu 
muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim 
əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə 
və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun».
Fitr bayramı namazında müstəhəb əməllər
Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə 
yetirmək müstəhəbdir:
1 Bayram namazında qiraəti ucadan oxumaq.
2 Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə 
oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, 
bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə 
camaatla qılınan namaza aiddir).
3 Bu namazda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar 
ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, 
ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun.
4 Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc 
açılsın.
5 Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və 
sonra dua kitablarında verilmiş dualardan oxunsun.
6 Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər 
yuxarı qaldırılsın.
7 Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr 
günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra 
bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu 
vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla 
ma hədana»
9 Bayram namazı açıq fəzada qılınsın.
İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün 
gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. İbrahim,31.Ramazan ayı ilə bağlı hədislər
Allahın Peyğəmbəri (s): “Oruc tutmağı sənə tövsiyə edirəm 
ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan 
götürər.”
Allahın Peyğəmbəri (s): “Hər şeyin zəkatı var, bədənin 
zəkatı da orucdur.” 
Allahın Peyğəmbəri (s): “Oruc tutun ki, sağlam olasınız.” 
Allahın Peyğəmbəri (s): “Oruc tutan öz yatağında yatsa 
belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət 
halındadır.” 
Allahın Peyğəmbəri (s): ”Hər bir oruc tutan, yemək yeyən 
şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha 
təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. 
Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə 
olar.” 
Allahın Peyğəmbəri (s): “Oruc od qarşısında bir sipərdir.” 
Xanım Fatimeyi Zəhra (s.ə): “Allah-taala orucu ixlasın 
möhkəmliyi üçün vacib etmişdir.” 
İmam Baqir (ə): “Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.” 
İmam Sadiq (ə): “Allah-taala buyurur: Oruc Mənim 
üçündür və onun mükafatını Özüm verəcəyəm.” 
İmam Sadiq (ə): “Oruc tutanın yuxusu ibadət, sükutu 
təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.” 
İmam Sadiq (ə): “Oruc tutanın iki sevinci var: bir sevinci 
iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir” 
İmam Sadiq (ə): “Oruc tutana iftar verənin savabı, oruc 
tutanın savabı qədərdir.” 
İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini 
bəyan edərkən): “Varlı aclıq dərdini dadsın və yoxsula 
kömək etsin.” 
İsti havada və qışda oruc tutmağın fəziləti
Allahın Peyğəmbəri (s): “Qışın orucu fərəh bəxş edən bir 
qənimətdir.” 
İmam Sadiq (ə): “Ən üstün cihad, isti havada oruc 
tutmaqdır.” 
İmam Sadiq (ə): “Qış fəsli möminin baharıdır. Gecəyarı 
ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc 
tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.” 
Könüllü və müstəhəb oruc tutmağa həvəsləndirmək
Allahın Peyğəmbəri (s): “Kim könüllü olaraq bir gün oruc 
tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını 
tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını 
bütünlüklə alar.” 
Allahın Peyğəmbəri (s): “Kim İlahi savab qazanmaq üçün 
bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.” 
Allahın Peyğəmbəri (s): “Kim hər ay üç gün oruc tutsa, 
ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala 
buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq 
savabı yazılar.” 
İmam Sadiq (ə): “İnsan İlahi mükafatı qazanmaq üçün bir 
gün könüllü oruc tutar və Allah-taala buna görə onu 
cənnətə aparar.” 
Oruc tutmağın ədəbi
Allahın Peyğəmbəri (s): “Allah-taala buyurur: “Kimin bədən 
üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə 
yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.” 
İmam Əli (ə): “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi 
kimi, haramlardan da uzaqlaşmasıdır.” 
Xanım Fatimeyi Zəhra (s.ə): “Əgər oruc tutan öz dilini, 
qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan 
saxlamırsa, orucunun nə faydası var?” 
Məhəmməd ibn Muslim: “İmam Sadiq (ə) buyurdu: Oruc 
tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də 
oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və 
buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni 
olmasın
Facebook beğen
 
 
Bugün 14 ziyaretçi (22 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol