mekteb 320

               

Posted by: mekteb320 | Aprel 4, 2012

MƏKTƏB 320 VƏ MƏKTƏB 87 ARASINDA FUTBOL QARŞILAŞMASI

 MƏKTƏB 320 VƏ MƏKTƏB 87 ARASINDA FUTBOL QARŞILAŞMASI

320 saylı İrəli Məktəb Parlamentinin və 87 saylı İrəli Məktəb Parlamentinin təşəbbüsü ilə 04.04.2012 tarixində Müşfiqabad Sağlamlıq və İdman Kompleksində hər iki məktəbin komandaları “MP320” və “Baku Star87”arasında futbol oyunu keçirildi. Hər iki komandanın oyunçuları oyuna yaxshı hazırlaşmıdı. Futbol qarşılaşmasının birinci mərhələsi MP 320 –nin üstünlüyü ilə başladı. Lakin birinci hissə Baku Star 87 –nin üstünlüyü ilə bitdi. Qarşılaşmanın ikinci mərhələsində MP 320-nin oyunçuları yenidən fəallaşaraq hesabı  14:8 etdi. Beləliklə məktəb 320 və məktəb 87 arasındakı futbol oyunu MƏKTƏB 320 –nin qələbəsilə bitdi.

Komandamızın bu qələbəsi bu qarşılaşmanı təşkil etmiş MP 320-nin kordinatorunu, parlamentin deputatlarını, məktəb şagirdlərini və müəllimlərini olduqca sevindirdi. Bu qələbə sevincini bizə yaşatmış komandamıza və idman müəllimlərimizə təşəkkürlər və təbriklər. Şagirdlərimizin yeni qələbələrini görmək ümidilə…

Gülşən Əlizadə

Posted by: mekteb320 | Fevral 24, 2012

Xocalı faciəsi

Xocalı faciəsi

1992-ci il fevralın 25-dən 26-na geçən gecə Xocalıda ermənilər və 366-cı rus alayı tərəfindən xalqımıza qarşı soyqırım həyata keçirildi. Soyqırım zamanı çoxlu sayda qoca, qadın, körpə uşaqlar – əliyalın, silahsız mülki vətəndaşlarımız erməni vəhşiliklərinə məruz qalaraq qətlə yetirildi. 1992-ci ildən etibarən 26 fevral tarixi ölkəmizdə milli hüzn günü olaraq qeyd edilir. Artıq Xocalı faciəsindən 20 il ötür. Hər il olduğu kimi bu ildə Xocalı şəhidlərinin əziz xatirəsi yad edilir, istər ölkə daxilində istərsə də xarici dövlətlərdə bu faciəvi günlə bağlı silsilə tədbirlər həyata keçirilir. Ölkəmizdəki hər bir qurumda, təşkilatda olduğu kimi təhsil ocaqlarında da Xocalı faciəsi dərin bir hüznlə anılır. Xocalı faciəsinin 20-ci il dönümüylə bağlı 320 saylı məktəbdə də tədbir təşkil edildi. Tədbir Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı.Tədbirdə məktəb direktoru Namiq Cəfərov, müəllimlər və şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda erməni cəlladları tərəfindən xalqımızın başına gətirilmiş bəlalardan danışdılar. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri özündə əks etdirən foto slayd izlənildi. Şagirdlər bu dəhşətli gecəni özündə əks etdirən şerlər söylədilər. Məktəbimizdə Xocalı faciəsilə bağlı tədbirlə yanaşı rəsm müsabiqəsi təşkil edildi.

Məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamentinin təşəbbüsü ilə Xocalıda erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün internet aksiyası həyata keçirildi. Məktəb şagirdləri məktəbimizin informatika kabinetindən bir çox xarici dövlətlərin parlamentlərinə, dövlət adamlarına, beynəlxalq təşkilatlara, xarici mətbuat orqanlarına Xocalı soyqırımı haqqında məlumat və fotolardan ibarət email-lər göndərdilər. Bütün hər kəs kimi məktəb şagirlərinin də bir istəyi vardı Xocalı faciəsinə dünya səviyyəsində hüquqi qiymət verilsin. Bütün ölkələr tərəfindən riyakar ermənilərin əsl üzü tanınsın. 1992-ci ildə Xocalıda ermənilərin törətdikləri vəhşiliklər nə ilk idi, nə də son. Əgər dünya səviyyəsində ermənilərin təşkil etdikləri bu soyqırımlar tanınmasa insanlıq – bəşər tarixi bu cür vəhşiliklərə çox şahidi olacaq.

Gülşən Əlizadə

 

 

 

 

 

 

 

 

Posted by: mekteb320 | Fevral 22, 2012

Khojaly Genocide

The Armenian armed forces with assistance of the 366th regiment wiped the Azerbaijani town of Khojali off the face of the earth. This bloody crime was one of the most shocking acts of the international terrorism against civilians in the XX century. The mass extermination of a peaceful population of the town of Khojali in the Nagorno-Karbakh region of Azerbaijan took place on the night of the 25-26th of February, 1992. The tragic result of the Khojali crime is 613 dead, including 106 women, 63 childiren, 487 invalids; 1275 faced scares of Armenian captivity, 150 missing. Armenian terrorist organizations and tired armored troops annihilated the whole families, made executions a show; skinned people alive cut off ears, scalped. They ripped open abdomens of pregnant women…took their babies out …the cut open abdomens of already dead women…they stuffed with cut off heads of their husbands. It is impossible to depict all this. One of the activists of the Armenian terrorist organization ASALA Vazgen Sislyan whose name is connected with a number of terror acts committed all over the world, did not conceive his partipation in killing the Azerbaijani children in Khojali.

From the book of the Armenian author Daud Kheyriyan, participant of the Khojali tragedy – “…on March 2 an Armenian group “Gaflan” which dealt with burning down corpses, brought to one place more than 100 dead bodies of Azerbaijanis and burned them nearly a kilometer to the west of Khojali…In the last car I saw a girl, of about ten, wounded on her forehead and arms, this child with a face already blue, was still alive, despite, famine, cold, wounds. She breathed in quietly. Soon after, a soldier whose name was Tigranyan, took that still girl and threw her to the corpses…which were burnt later…”.

On night of the 25th to 26th of February, 1992 the Russian motor infantry regiment № 366, dislocated in Stepanakert together with Armenian gangs carried out punitive actions in the town of Khojali. A soldier from the regiment Viktoriya Ivleva testifies that she saw with her own eyes the army armors, artillery firing over the town which preceded the capture. Viktoriya Ivleva confesses in her participation as soldier of the second troop in the capture of Khojali: “…I noticed something moving to us, something like a cloud that was a crowd of half-clothed people. The last in the crowd of Turks (I,e. Azerbaijanis – rare comment) was going a woman with three children, barefooted in snow. She hardly moved, often fell down, as found, her youngest baby was just two days old”. What happend to this woman was possible to observe on a TV tape where there is an operator’s sobbing instead of a sound heard. People were directly shot down on a slope of a hill. In of the pictures of the soldiers of the Russian motor infantry regiment № 366 Viktoriya Ivleva there are four brave fidains over the corpses of fallen “Azers”. This way, the fascists took photos against a backround of gallows in a triumphal poisoning.

V.Belikh, the “Izvestiya” newspaper correspondent testifies: “…from time to time bodies of their gone Azerbaijanis were brought to Agdam in exchange for live hostages. One could not see this in a nightmare…put out eyes, ears cut off, scalps, heads…bunches of several corpses which had been drawn on the ground with a rope attached to an armored troop-carrier for a long time…no limits in persecution…”

Leonid Kravets, a military pilot, a mayor: “…on the 26th of February I took the wounded from Stepanakert and flew back through the Askeran gates, my eyes got a sight of some stains down. I flew there and my board mechanic cried out: “…Look, there are women and children”. And I myself saw about two hundred killed people thrown all over the slope where armed people were strolling among…then we flew over and tried to take bodies, a local militia captain was with us, he found there his four-year old son…with crashed skull…and he lost his mind. Another child whom we managed to pick up before they started shooting at us was headless. I saw everywhere maimed bodies of women, children and old people… ”

The time has come; Armenian is to make its political, human rights and material account for genocide against Azerbaijanis – one of the scariest in the bloody history of XX century.

Firidun bəy Köçərlinin əziz xatirəsinə həsr olunmuş 

“Təhsil Gecəsi”

320 saylı İrəli Məktəb Parlamenti yarandığı gündən məktəbimizdə bir sıra maraqlı işlər görmüşdür. Belə ki, buna Bayraq günü ilə bağlı təşkil edilmiş tədbiri, məktəbimizin futbol komandasının yaradılmasını, 7, 8, 9 və 10-cu siniflər arasında təşkil olunmuş bilik müsabiqələrini misal göstərmək olar.

26.01.2012 tarixində isə parlamentimiz məktəbimizdə azərbaycanlı ədəbiyyatşünas alim, maarifçi, yazıçı-publisist, təhsilin milliləşdirilməsi ideyasının təşəbüskarı və ən əsası isə vətənini sevən, xalqının gələcəyini dərindən düşünən “Müəllimin” – Firidun bəy Köçərlinin doğum günü ilə bağlı tədbir – təhsil gecəsi təşkil etdi.  Min bir məşəqqətlə, əziyyətlə millətinə maarif işığı gətirmiş şəxsin doğum günü ilə bağlı təbir təşkil etmək bizim üçün olduqca maraqlı idi. Bir ölkənin gələcəyi o ölkənin insanlarının alacağı təhsillə bağlıdır. Bu gün elmdə, təhsildə əldə etdiyimiz nailiyyətlərin hamısı Firidun bəy Köçərlinin və elm, təhsil, xalqı maarifləndirmə yoluna canlarını qoymuş şəxslərin əməyinin nəticəsidir. Onları hər zaman anmaq, onların xalqımız üçün etdikləri fəaliyyətləri dönə-dönə vurğulamaq bizim mənəvi borcumuz və vəzifəmizdir.

Firidun bəy Köçərlinin əziz xatirəsini yad etmək üçün təşkil edilmiş tədbirdə parlamentimizin spikeri – Salmanov Osman, parlamentimizin vitse-spikeri -  Məcidi Nərgiz, Təhsil komissiyasının sədri – Nuriyeva Solmaz, həmin komissiyanın üzvü – Abışova Nazilə Köçərlinin həyatı, onun Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində və Qazax Müəllimlər Seminariyasındakı fəaliyyəti haqqında çıxış etdilər və Firidun bəy Köçərli ilə bağlı slayd izlənildi.Tədbirdə parlamentimizin digər vitse-spikeri Vələdova Fidan, deputatlarımız Məsiyeva Səfayət, Yunuzova Nəzrin, Məmmədova Mərziyə və digər şagirdlərimiz məktəb, elm, müəllim, kitap haqqında öyrəndikləri şerləri səsləndirdilər. Məktəbimizin Trio qrupu o cümlədən Qədrli Çingiz maraqlı mahnılar ifa etdilər. Tədbirdə 6B sinif şagirdləri Sədayə və Məhəmməd Mirzə Ələkbər Sabirin səhnəcik halına salınmış “Atanın oğula nəsihəti” satirasını söylədilər. Mirzə Ələkbər Sabirin “Oxutmuram əl çəkin” satirasının musiqisi səsləndirildi və bununla bağlı slayd izlənildi. Tədbirdə məktəbimizin direktoru Namiq Cəfərov təhsilin bizim həyatımızdakı rolu, yeri və əhəmiyyəti ilə bağlı çıxış etdi. Tədbirdə həmçinin parlamentimiz təşkil etdiyi siniflər arası bilik müsabiqəsinin qaliblərinə direktorumuz tərəfindən fəxrnamələr təqdim olundu. Firidun bəy Köçərlinin doğum günü ilə bağlı təşkil etdiyimiz təhsil gecəsi aparıcıların eyni zamanda parlamentimizin deputatları – Namazov Əzizin və İsmayılzadə İlahənin son sözləri ilə yekunlaşdı.

Gülşən Əlizadə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Posted by: mekteb320 | Yanvar 16, 2012

10-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

10-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

16.01.2012 tarixində məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamenti tərəfindən 10-cu siniflər arasında “Bilik müsabiqəsi” keçirildi. Müsabiqə suallarının hazırlanması, cümlədən müsabiqənin təşkil olunması müəllim Gülşən Əlizadənin rəhbərliyi ilə parlamentin deputatları Nuriyeva Solmaz, Abışova Nazilə, Cabbarova Röya, İsmayılzadə İlahə, Abdullayeva Rəbiyyə və s. tərəfindən həyata keçirildi.

Siniflər arası bilik müsabiqəsində 10 və 10sinifləri iştirak etdi.  Müsabiqədə hər bir sinfi 6 şagirddən ibarət komanda təmsil edirdi. 10sinfinin komandasında – Abdullayev Murad, Qasımova Bahar, Quliyev Tural, Həsrətova Yasəmən, Səbzəliyev Kənan və Əliyev Rəfael; 10sinfinin komandasında – Salmanov Osman, Əhmədzadə Zərifə, Namazov Əziz, Novruzov Ceyhun, İbrahimli Ramil və Xanatov Rauf iştirak edirdilər.

Müsabiqə 6 mərhələdən ibarət idi.

I mərhələdə -  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə - tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə -  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə -  fizika və kimya ilə bağlı suallar səsləndirildi

VI mərhələdə - məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Suallar bir-bir səsləndirildikcə komandalar  cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər iki sinif uğurla çıxış edirdi. Hər iki komandanın iştirakçıları  çalışırdılar ki, doğru cavabı səsləndirərək öz komandalarına bal qazandırsınlar. Yarış  zamanı maraqlı bilik rəqabətinin şahidi olduq. Müsabiqənin sonunda 10sinfi birinci, 10sinfi isə ikinci yeri tutdu.

Məktəb parlamentimiz bu günə qədər dörd dəfə – 7-ci, 8-ci, 9-cu 10-cu siniflər arasında bilik müsabiqəsi təşkil etmişdir. Bu bilik müsabiqələrində 7B, 8B, 9Bvə 10sinfləri qalib olmuşdur. Parlamentimiz tərəfindən təşkil olunmuş bilik müsabiqələrinə məktəb şagirdlərinin maraq göstərmələri və müsabiqədə iştirak etmələri bizi sevindirdi. Bizim bu fəaliyyətimizə nəinki məktəblilərimizin eyni zamanda məktəb müdüriyyətinin də maraq göstəməsi, bizə yardım etməsi, bizim üçün lazımi şərait yaratması və fəaliyyətimizi dəstəkləməsi bizi daha da sevindirir, bizi yeni fəaliyyətlər üçün həvəsləndirir. Fəaliyyətimizi dəstəkləyən məktəb kollektivinə təşəkkür edir, şagirdlərimizə isə dərslərində uğurlar diləyirik.

Gülşən Əlizadə

 

Posted by: mekteb320 | Dekabr 31, 2011

ŞAGİRDLƏRİMİZ 2 SAYLI UŞAQ EVİNDƏ

ŞAGİRDLƏRİMİZ 2 SAYLI UŞAQ EVİNDƏ

31 dekabr Azərbaycanda iki bayram – Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il bayramı kimi qeyd edilir. Bu əlamətdar bayramlar məktəbimizin şagirdlərində də gözəl əhval-ruhiyyə yaratdı. 320 saylı İrəli Məktəb Parlamenti qərara aldı ki, bu əlamətdar bayram münasibətilə bütün şagirdlər həmrəy olub gözəl xeyriyyə tədbiri həyata keçirsinlər. Beləliklə qərara gəldik ki, bu iki gözəl bayramı Suraxanı rayonu 2 saylı uşaq evində keçirdək. Biz düşünürdük ki, bu qərarımız həm bizim, həm də o balaca, sevimli körpələrin ürəyincə olar. Həqiqətən də hər şey düşündüyümüz kimi oldu. Beləliklə uşaq evinə yollandıq. Orada bizi yaxşı qarşıladılar. Uşaqlarla görüşmək üçün şagirdlərimizə əlverişli şərait yaradıldı. Bunun üçün Suraxanı rayonu 2 saylı uşaq evinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Uşaqlarla görüş çox maraqlı keçdi. Şagirdlərimizlə uşaqlar tezliklə qaynayıb-qarışdılar. Kimimiz uşaqlarla söhbət edir, kimimiz rəqs edir, kimimiz də uşaqlarla oyun oynayırdıq. Bəzən isə uşaqlardan ayrılıb kənardan otağa nəzər salırdım. Otaqdakı ab-hava – uşaların bir-birini çağırması, gülüş və musiqi səsi insanda gözəl hislər oyadırdı. Balcalar çox gözəl rəqs edirdilər. Müəllimlərinin öyrətdiklərini çox gözəl nümayiş etdirirdilər.  Uşaqlarla ünsiyyət qurmaq, onlarla oyun oynamaq bizim üçün çox xoş idi.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il bayramı münasibətilə xalqımızı təbrik edir, ölkəmizin bütövlüyü və yüksəlməsi üçün xalqımızın daim həmrəy olmasını arzu edir, 2012-ci ilin xalqımız üçün hər baxımdan uğurulu il olmasını diləyirik.

Gülşən Əlizadə

 

Posted by: mekteb320 | Dekabr 22, 2011

9-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

9-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

 

22.12.2011 tarixində məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamenti tərəfindən 9-cu siniflər arasında “Bilik müsabiqəsi” keçirildi. Müsabiqəyə sualların hazırlanması və müsabiqənin tərtib olunması məktəbimizin müəllimləri – Gülşən Əlizadə və Nağdalıyeva Samirə, parlamentin spikeri – Salmanov Osman, parlamentin vitse-spikeri – Vələdova  Fidan, hərbi-vətənpərvərlik və idman komissiyasının sədri -Namazov Əziz, mədəniyyət və turizm komissiyasının üzvləri – Süleymanova Səkinə, Səfayət, Rəbiə, nəzarət təftiş və intizam komissiyasının üzvü – Rzayev Əmrah və s. tərəfindən həyata keçirildi.

Siniflər arası bilik müsabiqəsində 9, 9, 9sinifləri iştirak etdi.  Müsabiqədə hər bir sinifi 6 şagirddən ibarət komanda təmsil edirdi. 9sinfinin komandasında – Nuriyeva Solmaz, Cabbarova Röya, Süleymanlı Cəlil, Abdullayeva Sevil, Bayramov Anar və Mehralıyeva Aytəkin; 9sinfinin komandasında – Abışova Nazilə, Əhmədov Neman, İsmayılzadə İlahə, Əliyev Hacı, Məcidi Nərgiz və Xəlilov Nicat; 9sinfinin komandasında – Dəmirova Mehriban, Təhməzov Məqamil, Orucova Tünzalə, İ. Elvin, Baxışova Zərifə və Təhməzov Oruc iştirak edirdilər.

Müsabiqə 6 mərhələdən ibarət idi.

I mərhələdə -  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə - tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə -  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə -  fizika və kimya ilə bağlı suallar səsləndirildi

VI mərhələdə - məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Suallar bir-bir səsləndirildikcə komandalar  cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər üç sinif çalışırdı ki, qalibiyyət əldə etsin. Müsabiqənin sonunda birincilik  9sinfinin oldu. İkinci yeri 9sinfi, üçüncü yeri isə 9 sinfi tutdu. 9sinfinin komandasının müsabiqədə qalib gəlməsi sinif şagirdlərinin böyük sevincinə səbəb oldu. Bu günə qədər məktəbimizdə 3 dəfə siniflər arası bilik müsabiqəsi keçirilib və bu üç müsabiqənin qalibləri ancaq “ B ” sinifləri – 7B, 8B, 9B olublar. Bu müsabiqəmizdəki maraqlı haldır. Görəsən keçirəcəyimiz gələcək siniflər arası bilik müsabiqəsində kimlər qalib gələcək?  –  A-mı, B-mi,C-mi = ?

Gülşən Əlizadə

 

 

Posted by: mekteb320 | Dekabr 8, 2011

8-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

8-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

8.12.2011 tarixində məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamenti tərəfindən 8-ci siniflər arasında “bilik müsabiqəsi” keçirildi. Müsabiqənin suallarının hazırlanması və müsabiqəylə bağlı bütün tərtibat işlərində deputatlarımız -  parlamentin spikeri Salmanov Osman, təhsil komissiyasının sədri Nuriyeva Solmaz, həmin komissiyanın üzvü Abışova Nazilə, parlamentin vitse-spikerləri Məcidi Nərgiz və Vələdova  Fidan, hərbi-vətənpərvərlik və idman komissiyasının sədri Namazov Əziz, mədəniyyət və turizm komissiyasının sədri İsmayılzadə İlahə, həmin komissiyanın üzvü Süleymanova Səkinə, Rəbiə, Əliyev Hacı, Famil səylə çalışdılar. Deputatlarımızın səylə çalışmaları direktorumuz Namiq Cəfərovun, eləcə də müəllimlərin diqqətindən də qaçmadı. Onlar şagirdlərimizin təhsillə bağlı bu ictimai fəaliyyətlərini bəyəndiklərini və onları bu kimi gözəl fəaliyyətdə dəstəkləməyə daim hazır olduqlarını bəyan etdilər.

Siniflər arası bilik müsabiqəsində 8, 8, 8sinifləri iştirak etdi.  Müsabiqədə hər bir sinifi 6 şagirddən ibarət komanda təmsil edirdi. 8sinfinin komandasında – Qaibov Qabil, Abdullayeva Aytac, İdrisov Səxavət, Əmirova Fiqurə, Hacıyev Seyfi və Şeydayeva Aygün; 8sinfinin komandasında – Ələsgərova Əfsanə, Cəbrayılova Asiman, Məlikov Hüseyn, Cabbarlı Zəhra, İsmayılova Bəsti və Səfərova Lətafət; 8sinfinin komandasında Süleymanlı Nərmin, Almazov Elşad, Rəhimova Xəyalə, Orucov Ceyhun, Ələsgərli Nərmin və Sadıqova Nurəngiz iştirak edirdilər.

Müsabiqə 6 mərhələdən ibarət idi.

I mərhələdə -  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə - tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə -  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə -  fizika ilə bağlı suallar səsləndirildi

VI mərhələdə - məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Suallar bir-bir səsləndirildikcə komandalar  cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər üç komanda uğurla çıxış etdi. Ancaq müsabiqənin qalibi 8Bsinifi oldu. 8sinfinin istedadlı şagirdləri olan – Ələsgərova Əfsanə, Cəbrayılova Asiman, Məlikov Hüseyn, Cabbarlı Zəhra, İsmayılova Bəsti və Səfərova Lətafət müsabiqədə daha yaxşı çıxış etdikləri üçün öz siniflərinə məktəbimizin səkkizləri arasında birincilik qazandırmış oldular. 8-ci siniflər arasındakı bilik müsabiqəsində 8sinfi ikinci, 8sinfi üçüncü yeri tutdular.

Məktəb Parlamentimizin məktəbimizdə təşkil etdiyi “siniflər arası bilik müsabiqəsində” əsas məqsədi şagirdlərimizə könə biliklərini təkrarlatmaq, yeni biliklərini möhkəmlətmək eyni zamanda dərslərini daha da yaxşı oxumağa sövq etmək və həvəsləndirməkdir. Parlamentimizin bu məqsədi istər məktəb kollektivinin, istərsə də valideynlərin istəyinə tam uyğundur.

Gülşən Əlizadə

 

Posted by: mekteb320 | November 29, 2011

7-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

7-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

28.11.2011 tarixində  Qaradağ rayonu 320 saylı orta məktəbdə 7-ci siniflər arasında bilik müsabiqəsi keçirildi. Müsabiqə 320 saylı Məktəb Parlamenti tərəfindən təşkil edilmişdi. Bilik müsabiqəsinin təşkil edilməsində məqsəd şagirdlərin yeni və köhnə biliklərini  möhkəmləndirmək və dərslərində daha fəal olmalarına nail olmaqdır. Müsabiqənin sualları parlamentin təhsil komissiyasının sədri Nuriyeva Solmaz, həmin komissiyanın üzvü Abışova Nazilə və parlamentin spikeri Salmanov Osman tərəfindən hazırlanmışdı. Müsabiqənin təşkili və həyata keçirilməsində həmçinin hərbi-vətənpərvərlik və idman komissiyasının sədri Namazov Əziz, mədəniyyət və turizm komisiyyasının sədri İsmayılzadə İlahə, mətbuat xidməti və informasiya təminatı komissiyasının üzvü Rzayev Əmrah, nəzarət təftiş və intizam komissiyasının sədri İbrahimov Ramil və həmin komissiyanın üzvü Famil xüsusi fəallıq göstərdilər.

 Müsabiqədə məktəbin 7A , 7, 7C  sinifləri iştirak edirdilər. Müsabiqədə hər bir sinifi 6 şagirddən ibarət komanda təmsil edirdi. 7Asinfinin komandasında – Süleymanlı Səkinə, Yunusov Nəzrin, Məsiyeva Səfayət, Ələsgərli Məhəmməd, Məmmədova Mərziyə və Bağırov Cəfər; 7B sinfinin komandasında – İsmayılov Xəyal, Kərimova Rəminə, Xəlilov Əziz, Qayıbova Qərənfil, Novruzov Cəsarət və Bəndəliyev Vüqar; 7C sinfinin komandasında – Vələdova Fidan, Qasımov Tural, Həmidova Xalidə, Alıyev Elton, Quliyeva Nəzrin və Xəlilzadə Ağcagül iştirak edirdilər.

Müsabiqə 5 mərhələdən ibarət idi.

I mərhələdə –  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə - tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə -  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə -  məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Hər mərhələdə 8 sual mövcud idi. Suallar bir-bir səsləndirilir komandalar isə cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər üç komanda uğurla çıxış etdi. Ancaq müsabiqənin qalibi 7sinifi oldu. 7sinfinin fəal şagirdləri olan İsmayılov Xəyal, Kərimova Rəminə, Xəlilov Əziz, Qayıbova Qərənfil, Novruzov Cəsarət və Bəndəliyev Vüqar müsabiqədə daha çox suala cavab verdikləri üçün öz siniflərinə birincilik qazandırmış oldular. Bilik müsabiqəsində 7sinifi ikinci yeri, 7 sinfi isə üçüncü yeri tutdular.

29.11.2011 tarixində məktəbdə səhər bütün siniflər öz sıralarında dərsin başlamasını gözləyərkən bilik müsabiqəsinin qalibi 7sinfinin istedadlı şagirdləri ön sıraya dəvət edilərək qalibiyyətləri münasibətilə bütün siniflər qarşısında təbrik edildilər. O cümlədən bilik müsabiqəsinin təşkilatçıları olan deputatlar da ön cərgəyə dəvət olunaraq və onların hər birinə bu əhəmiyyətli və marağlı bilik müsabiqəsini təşkil etdikləri üçün təşəkkür edildi.

Gülşən Əlizadə

 

Posted by: mekteb320 | November 20, 2011

“Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi

“Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi

  19.11.2011 tarixində Gəncliyə Yardım  Fondunun konfrans zalında “Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində “İrəli” İctimai Birliyinin  bir sıra nümayəndələri, o cümlədən layihə rəhbəri və məktəb parlamentlərinin kordinatorları, layihəyə qoşulmuş məktəblərin direktorları, müəllimləri və parlamentlərin deputatları iştirak etdilər. Təqdimat mərasimində 320 saylı məktəbi məktəbin tarix müəllimi və eyni zamanda parlamentin kordinatoru olan Gülşən Əlizadə, parlamentin spikeri Salmanov Osman və parlamentin təhsil komissiyasının sədri Nuriyeva Solmaz təmsil etdilər.

   Təqdimat mərasimi “Məktəb Parlamenti” layihəsinin rəhbəri – Nigar Quliyevanın çıxışı ilə başladı. O  çıxışında bildirdi ki, “İRƏLİ” Məktəb Parlamenti məktəblərdə yaradılan şagird idarəetmə sistemidir. Bu layihənin məqsədi məktəblilərin məktəbin ictimai həyatında daha fəal olmalarına şərait yaratmaq, şagirdlərin liderlik, şəbəkələşmə, komandada  işləmə bacarıqlarının artırılması və ictimai sferada fəaliyyətlərinin genişləndirilməsini təmin etməkdir. O çıxışında vurğuladı ki, hal-hazırda layihə 25-dən çox  məktəbi və 1000-dən çox məktəblini əhatə edir. Tədris ilinin sonuna qədər layihənin Bakının 200 məktəbini əhatə etməsi hədəflənir. Nigar xanımın çıxışından sonra layihə iştirakçısı olan məktəblərin parlament seçkilərilə bağlı, parlamentlər tərəfindən keçirilən tədbirlərlə bağlı foto slayd nümayiş etdirildi. Mərasimdə məktəb direktorları da layihə ilə bağlı fikirlərini və gözləntilərini ifadə etdilər. Layihə ilə bağlı “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin üzvləri də çıxış etdilər. Mərasim iştirakçıları həmçinin məktəb parlamentinin kordinatorlarının çıxışlarından ibarət olan videoçarxı da izlədilər.

  Mərasimin sonunda isə “İrəli” Məktəb Parlamenti tərəfindən  keçirilmiş “Mənim məktəbim” fotomüsabiqəsinin iştirakçılarına təşəkkürnamələr, ilk üç yerin sahibinə isə müvafiq olaraq netbuk, rəqəmsal fotoaparat və  i-pod təqdim olundu.

Gülşən Əlizadə

 

 

Posted by: mekteb320 | November 9, 2011

Bayraq günü tədbiri

 

Bayraq günü tədbiri

    09.11.2011 tarixində Bakı şəhəri Qaradağ rayon Müşfiqabad qəsəbəsi 320 saylı orta məktəbində Bayraq günü ilə bağlı tədbir keçirildi. Bu tədbir 320 saylı İrəli Məktəb Parlamentinin deputatları tərəfindən təşkil edilmişdi. Tədbir 6-cı siniflərin Azərbaycan himnini oxuması ilə açıq elan edildi. Sonra aparıcılar zalda əyləşənlərə bayrağımızın tarixi ilə bağlı bir sıra məlumatlar çatdırdılar. Tədbirdə bir neçə istedadlı şagird bayraq və Azərbaycana həsr olunmuş şeirlər söylədilər. Hətta “Bayraq ağacı” adlı bir səhnəcik də qurulmuşdu. Bu səhnəcik tədbir vaxtının uzadılması üçün deyildi. Belə ki, səhnəciyin özünün mənası var.

    Səhnəcikdə baba ilə nəvələri bir bayraq ağacından söhbət açırlar. Baba nəvələrinə ağacı qorumalarını və onu yaşatmalarını nəsihət edir . Uşaqlar tez ağacın dibini yumuşaldır, onu gübrələyir və sulayırlar. Sonra əl-ələ verib ağacı dövrəyə alırlar. Səhnəciyin bu hissəsində ağac bizim dövlətimiz, müstəqilliyimiz və bayrağımız anlamındadır. Uşaqlar da xalqımız və vətənimizi sevən igid oğullardır ki, onu qoruyur və inkişaf etməsini istəyirlər.

    Sonra bir odunçu əlində balta ilə ağac axtararkən gözü bayraq ağacına sataşır və cəld onun üzərinə doğru yeriyir. Uşaqlar onu görcək qəzəblə itələyirlər və odunçu yıxılır. Buna baxmayaraq o yenidən ağacın üzərinə yeriyir. Bu hal bir neçə dəfə təkrar olur. Sonra odunçu yorulur və qəzəblə uşaqlara baxaraq geri çəkilir. Bu hissədə isə düşmənlərimiz odunçu kimi qələmə verilmişdir. Odunçunun ağacı kəsmək istəyi SSRİ və başqa işğalçı dövlətlərin Azərbaycanın müstəqilliyinin əlindən alaraq ərazisini zəbt etmək və sərvətlərinə yiyələnmək hərisliyini göstərir. Lakin uşaqların odunçunu məğlub etməsi millətimizin çətin təlaş ilə müstəqilliyi əlində saxlamalarını göstərir.

    Səhnəciyin sonunda bayraq və müstəqilliyimizin yaşamasında əməyi keçən böyük şəxsiyyətlərin rəsmi göstərilərək fikirlər söyləndi.

    Tədbirin sonunda isə uşaqlar yenə də şeirlər söylədi və aparıcılar bir qədər faktlardan danışdıqdan sonra tədbirin sona çatdığını elan etdilər.

Məcidi Nərgiz

Posted by: mekteb320 | November 9, 2011

Üçrəngli bayrağımızın 93 yaşı tamam olur!

Üçrəngli bayrağımızın 93 yaşı tamam olur!

Bu gün 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən yaradılmış üçrəngli bayrağımızın 93 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi ölkəmizdə “Milli bayraq günü” elan edildi. Bundan sonra hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi bayram edilir. Milli bayraq günü münasibətilə hər il dövlət qurumlarında, hökumət və qeyri-hökumət təşkilatlarında, mədəniyyət kulublarında və təhsil ocaqlarında bir sıra tədbirlər təşkil olunur.

Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 93 illiyi münasibətilə Qaradağ rayonundakı 320 saylı məktəbdə də bu günün anlamını özündə əks etdirən tədbir təşkil edildi. Məktəbimizdə bu anlamlı tədbiri məktəbimizdə yenicə yaradılmış olan İrəli Məktəb Parlamenti təşkil etdi. Parlamentimiz tərəfində təşkil olunan tədbirdə məktəbimizin direktoru Namiq Cəfərov,  müəllimlərimiz, valideynlərimiz və şagirdlərimiz iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başladı. Himnimiz səsləndirilərkən bayrağımızla bağlı hazırlanmış foto slayd nümayiş etdirildi. Dövlət himnimiz ifa olunduqdan sonra tədbirin aparıcıları, eyni zamanda parlamentimizin deputatları olan Namazov Əziz və Abışova Nazilə səhnəyə gələrək bu anlamlı, sevindirici gün – Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, üç rəngli bayrağımızın 93 illiyini keçirməyimiz günü münasibətilə zalda əyləşmiş hər kəsi və xalqımızı təbrik etdilər. Onlar bayarğımızın yaranma tarixçəsinə nəzər salaraq bizə bu günün xalqımız üçün vacibliyini və əhəmiyyətini ifadə etdilər. Sonra səhnəyə məktəbimizin direktoru Namiq müəllim dəvət edildi. Namiq müəllim də xalqımızın bu üçrəngli bayrağı hansı çətinliklərə sinə gərərək yaratdığını, onun daim dalğalanması üçün apardığı mübarizəni anlatdı. O, çıxışında Azərbaycan səmasında və o cümlədən beynəlxalq təşkilatların binaları qarşısında  üçrəngli bayrağımızın azad və hür dalğalanmasısının olduqca qürüurverici  olduğunu vuğuladı. Tədbirin sonrakı dəqiqələrində şagirdlərimiz – Məryəm, Aytac, Nuriyə, Zümrüd, Ləman, Firuzə, Şəfiqə, Aysel, Eldar, Elxan, Zülfiyyə,Tükəzban, Mehriban, Vahid, Nazpəri, Özcan, Nərmin, Günel və Sədayə Azərbaycanla, bayraqla bağlı hazırladıqları şerləri söylədilər. Şagirdlər söylədikləri şerlərlə onları dinləyəndə mən azərbaycanlı olmağımla fəxr edirəm, mərkəzində hilal və səkkiz bucaqlı ulduz olan bu üçrəngli gözəl bayraq məhz bizimdir hissini və sevincini yaşadırdı. Əslində şagirdlər şerlərini söyləyərkən onların şerlərini bölən gurultulu alqışlar zaldakıların da eyni hissləri paylaşdğını göstərirdi.

Şagirdlərimiz bayrağımızın 93 illiyi münasibətilə “Bayraq ağacı” adlı səhnəcik də hazırlamışdılar. Səhnəcik də mənalı olduğu üçün tədbir iştirakçıları tərəfindən bəyənildi. Tədbirin sonunda məktəbin direktoru Namiq Cəfərov 320 saylı İrəli Məktəb Parlamentinin kordinatoru Gülşən Əlizadəni və parlamentin deputatlarını səhnəyə dəvət etdi.  O, Gülşən müəlliməyə və onun deputatlarına tədbiri təşkil etdikləri üçün təşəkkürünü bildirdi. Namiq müəllim qeyd etdi ki, məktəbimizdə təzəcə qurulmuş parlament bu qısa vaxt ərzində gözəl tədbir təşkil edib. Namiq müəllim vurğuladı ki, Azərbaycan Respublikasının Milli Məclisi, bizim isə şagirdlərimizdən ibarət olan “320 saylı İrəli Məktəb Parlamenti” vardır. Parlamentimizin deputatlarına yenicə başladıqları bu yolda uğurlar arzulayırıq və onlardan yeniliklər gözləyirik.

  Gülşən Əlizadə

Posted by: mekteb320 | November 9, 2011

Bayraq günü

 

Bayraq günü.

    Bayraq hər bir xalqı dünyada tanıdan, onun varlığından xəbər verən, ən başlıcası həmin xalqın dövlətçilik ənənəsini təcəssüm etdirən mühüm  bir varlıqdır. Hər dövlətin atributlarından biri də bayraqdır. Dünyada bayraq sahibi, yəni müstəqil dövlət sahibi olmaq hər xalqa nəsib olmayan böyük bir səadətdir.

   Bizim də xalqımızın dövlətçilik ənənəsinin çox böyük və şanlı tarixi vardır. Bu tarixin ən parlaq səhifələrindən biri də 1918-ci ildə, şərqdə ilk demokratik  cümhuriyyətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması tarixidir. Çox keşməkeşli və mürəkkəb bir dövrdə yaradılmış bu dövlət 18 ay fəaliyyət göstərməsinə rəğmən xalqımıza çox dəyərli şeylər verdi. Öz qısa fəaliyyəti dövründə xalqımıza misilsiz xidmətlər göstərmiş milli istiqlal və azadlıq təmini xalqa daddırmış, Azərbaycan Demokratik Cümhuriyyəti bizə üçrəngli bayraq kimi qiymətli bir miras da qoymuşdur.

  1918-ci il iyunun 24-də hökumətin fərmanı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Noyabrın 9-da isə ADR-in yaradıcısı, Azərbaycan tarixində ən parlaq şəxsiyyətlərdən biri olan böyük Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə bu bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayraqla əvəz olundu. Üçrəngli bayraq M.Ə.Rəsulzadənin ifadəsilə desək türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını özündə təcəssüm etdirir.

  20-ci əsrin mütəfəkkirlərinin “Tanrının türk ellərinə böyük ərməğanı” adlandırdıqları M.Ə.Rəsulzadənin “Gəncliyə müraciati” də üçrəngli bayrağımızın mühüm əhəmiyyətini, önəmini və müqəddəsliyini ifadə edir:

   -”Ey gənclik! Ey türk gəncliyi! Sənin öhdəndə böyük bir vəzifə var! Sənədən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq, bir daha enməz! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinə yanıqlı  nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!

   M.Ə.Rəsulzadə inamla “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyərkən çox haqlı idi. 1920-ci il aprelin 28-də təcavüzkar rus ordusu tərəfindən işğal olunan vətəmiz 70 ildən sonra yenidən öz müstəqilliyini bərpa etdi. 20-ci əsrin əvvəllərində rus işğalçıları tərəfindən müstəqilliyi əlindən alınan xalq əsrin sonlarında milli müstəqillik uğrunda mübarizəyə qalxdı. Xalqımız üçrəngli bayraq altında birləşərək meydanlara çıxdı. Xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı” qəbul olundu. Beləliklə, Azərbaycanın itirilmiş müstəqilliyi yenidən bərpa olundu. Üçrəngli bayrağımız yenidən vətən göylərində dalğalanmağa başladı.

   Lakin təkcə bununla kifayətlənmək olmazdı. Çünki bayrağı qorumaq, dövləti gücləndirmək və inkişaf etdirmək lazım idi. Bunda əməyi keçən çox böyük şəxsiyyətlər yəni Əbülfəz Elçibəy və Ümumilli liderimiz Heydər Əliyev olmuşdur. Onlar xalqımız üçün zox böyük işlər görmüşlər. Hal hazırda isə Ümumilli liderimizin davamçısı İlham Əliyev müstəqilliyimizin qorunması və dövlətimizin inkişafı üçün əlindən gələni edir.

  Bütün Azərbaycan xalqının övladları da bu şəxsiyyətlərdən ibrət götürməli, dövlətimizin qorunub saxlanılmasında və bayrağımızın daha da yüksəklərdə dalğalanması uğrunda canlarından maya qoymalıdırlar.

Məcidi Nərgiz

Posted by: mekteb320 | November 7, 2011

320 SAYLI “İRƏLİ” MƏKTƏB PARLAMENTİ

 

320 SAYLI “İRƏLİ” MƏKTƏB PARLAMENTİ

    “İRƏLİ” İctimai Birliyinin həyata keçirdiyi uğurlu layihələrdən biri də “İRƏLİ Məktəb Parlamenti” layihəsidir. “İRƏLİ” Məktəb Parlamenti məktəblərdə yaradılan şagird idarəetmə sistemidir. Bu layihənin məqsədi məktəblilərin məktəbin ictimai həyatında daha fəal olmalarına şərait yaratmaq, şagirdlərin liderlik, şəbəkələşmə, komandada  işləmə bacarıqlarının artırılması və ictimai sferada fəaliyyətlərinin genişləndirilməsini təmin etməkdir.

    “İRƏLİ” Məktəb Parlamenti layihəsinin təsisçiləri və layihənin üzvləri bu layihənin həyata keçirilməsi üçün məktəblərin seçiminə başladı. Hər bir kordinator özünün müəyyənləşdirdiyi məktəbin direktoru ilə görüş keçirdi.

    Mənim də seçdiyim məktəb Qaradağ rayonundakı 320 saylı məktəb oldu. “İRƏLİ” Məktəb Parlamentini qurmaq məqsədilə məktəbin direktoru Namiq Cəfərovla görüş keçirildi. Görüşmə zamanı hörmətli direktora “İRƏLİ” Məktəb Parlamentini qurmaqda məqsədimizin məktəbliləri maraqlandıran tədbirlər və layihələr həyata keçirməklə  məktəblilərin məktəbin ictimai həyatında daha fəal olmalarına şərait yaratmaq, bacarıqlı şagirdləri məktəbin ictimai fəaliyyətində ön plana çəkmək, şagirdlərin gizli qalmış bacarıq və qabiliyyətlərini aşkara çıxarmaq və şagirdlərimizin təhsil, mədəniyyət, idman və turizm kimi sahələrdə irəli getməsinə kömək etmək olduğu açıqlandı. Öz növbəsində Namiq Cəfərov da bizimlə həmfikir olduğunu, özünün və məktəbin müəllim kollektivinin əsas məqsədinin ölkəmiz üçün sağlam düşüncəli, milli dəyərlərimizə hörmət ruhunda tərbiyə edilmiş, istedadlı, irəli fikirli gənclər yetişdirmək olduğunu ifadə etdi.

    320 saylı məktəbdə “İRƏLİ” Məktəb Parlamentini qurmaq üçün məktəb direktorunun və müəllim kollektivinin xüsusilə də məktəbin informatika müəllimi Samirə müəllimənin köməyilə parlamentə deputat seçkiləri keçirildi. Seçkilərdən uğurla keçən şagirdlərimiz 320 saylı “İRƏLİ”  Məktəb Parlamentinin deputatı statusunu qazandı. Məktəb Parlamentinin deputatları ilə ilk iclasımız keçirildi. İclasda deputatların gizli səsverməsi əsasında Salmanov Osman parlamentin sədri, Məcidi Nərgiz və Vələdova Fidan sədr müavinləri təyin olundular. İclasda həmçinin parlamentin komisiyyaları yaradıldı. Yaradılmış komisiyyaların görəcəyi işlər haqqında vacib qərarlar qəbul edildi. Hal-hazırda parlamentimiz qəbul edtiyi qərarları həyata keçirmək üçün səylə çalışmaqdadır.

Gülşən Əlizadə

Posted by: mekteb320 | Oktyabr 23, 2011

Şagird dərsə necə hazırlaşmalı?

Şagird dərsə necə hazırlaşmalı?

   Şagirdlərin çoxu dərsə hazırlaşarkən bir sıra çətinliklərlə qarşılaşırlar. Şagirdlərin bir qismi dərsi hazırlamağa başlayarkən çətinlik çəkdiyindən, bir qismi dərs hazırlığını davam etdirə bilmədiyindən, bir qismi də sonda uğursuzluq əldə etdiyindən şikayətlənir.

   Aparılan araşdırmalar göstərir ki, şagirdlər dərslərini hazırlayarkən yaranan çətinliklər adətən aşağıdakı səbəblərlə bağlı olur:

    ♦  Şagirdlərin kiçik yaşdan dərs hazırlamaq vərdişinə sahib olmamasıdır

    ♦  Dərsi hazırlamaqda səhv vərdişlərə əməl edilməsi

    ♦  Bilik səviyyəsinin zəifliyindən dərsi başa düşməmək

    ♦  Özünə inam hissinin zəif olması

    ♦  Ailəvi problemlər

   Şagird dərsi hazırlayarkən yaranan çətinliklər və sondakı uğursuzluq ən cox şagirdin düzgün  dərs hazırlama vərdişinə əməl etməməsilə bağlı olur.

    ♦  Dərs hazırlamaqda səhv vərdişlər bunlardır:

    ♦  Dərsi hazırlayarkən məqsədin seçilməməsi

    ♦  Plansız və proqramsız şəkildə dərs hazırlama

    ♦  Evin müxtəlif yerlərində dərs hazırlamaq

    ♦  Yatılı, uzanılmış şəkildə dərs hazırlamaq

    ♦  Televizor qarşısında dərs hazırlamaq

    ♦  Əzbərləyərək dərs hazırlamaq

    ♦  Dərsdən qorxmaq, başa düşmədikdə dərsi buraxmaq

   Şagirdin bu kimi çətinliklərdən xilas olması və düzgün şəkildə dərsə hazırlaşması üçün aşağıdakılara əməl etməsi məqsədə uyğun sayılır.

    1.  Dərs hazırlamağa özünü həvəsləndirmək və yaxşı əhvali-ruhiyyədə olmaq.

   2. Dərs hazırlamaq üçün havası təmiz, otaq temperaturu normal, dərs hazırlama masası olan, telefon , televizor və səs-küydən uzaq olan bir otaq seçilməlidir. Həmişə eyni otaq seçilsə bu diqqətin armasına daha yaxşı təsir edər.

   3. Dərsi hazırlamaq üçün şagird dərsin hazırlanma vaxtını, hansı dərsləri hazırlayacağını, nə vaxt dərsə fasilə verib istirahət edəcəyini,  planlamalıdır.        

 Şagird həmişə eyni saatlarda dərs hazırlasa daha yaxşıdır. Dərs hazırlama müddəti 40-50 dəqiqə çəkməlidir. Sonra kiçik fasilə verilməlidir. Fasilə verilmədikdə  dərk etmə gücü zəifləyər, öyrəndiklərimizin sadəcə bir qismini xatırlayarıq. Həmçinin yuxu rejiminə diqqət yetirilməlidir. Hər həftə özünüzə sərbəst zaman ayırın. Ən sonda dərsin hazırlanması ilə bağlı qurduğunuz planı yerinə yetirməkdə qərarlı, qətiyyətli olun.

 Bütün şagirdlərə dərslərində və imtahanlarında uğurlar diləyirəm.

                                                                          Gülşən Əlizadə

 

KATEQORIYALAR

Facebook beğen
 
 
Bugün 3 ziyaretçi (4 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol