orucluq ayi
TƏQVİM
WWW.313NEWS.NET
RAMAZAN 2013
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi,
sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Əl-Bəqərə, 183.
İftar duası:
Allahummə ləkə sumtu və əla rizqikə
əftərtu və ələykə təvəkkəltu ya
vasiəl-məğfirəti iğfirli
İlahi sənə xatir oruc tuturam.
Sənin verdiyin ruzi ilə
iftar edirəm və Sənə təvəkkül edirəm.
Ey mərhəmətlilərin ən mərhəmətlisi
məni bağışla.
Orucu batil edən əməllər:
Yemək-içmək (bilərəkdər)
Cima (cinsi əlaqə)
İstimna (onanizm)
Qatı tozu boğaza çatdırmaq
Başı boğaza kimi suya batırmaq
Sübh azanına qədər cənabət, heyz
və nifas halında qalmaq
Qəsdən qusmaq (özünü qusdurmaq)
İmalə (klizma)
Allahın, peyğəmbərin və imamların
adına yalan bağlamaq.
Daha ətraflı www.ramazan.313news.net
saytından məlumat ala bilərsiniz.
Qədr gecəsi:
Ramazan ayının 19, 21, 23-ü Qədr
gecələridir. Müqəddəs Qurani-Kərimin
nazil olduğu Qədr Gecəsi bu üç gecədən
birinə təsadüf edir. Bu gecələr oyaq qalıb
ibadətlə məşğul olmağın fəziləti olduqca
böyükdür.
Qədr surəsi:
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində
nazil etdik! Sən haradan biləsən ki,
Qədr gecəsi nədir? Qədr gecəsi min aydan
xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər
və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
O gecə sübh açılanadək əmin-amanlıq olur.
Ramazan
Sübh azanı
Günəş çıxır
Günorta azanı
Şam azanı
Gecə yarı
 
Əziz müsəlmanlar Ramazan ayı Hicri təqviminə aid
olduğu üçün Orucluq iyul ayının 9-da başlaya bilər.
Qeyd:
www.ramazan.313news.net
İyul/Avqust
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar
tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə
(hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə
(həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq
sizin üçün nə qədər xeyirlidir! Əl-Bəqərə, 184.
Ramazan ayının gündəlik duaları və müstəhəb gecə namazları:
1-ci gün: Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların
oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı)
həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların amazları-
ndan) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağış-
la ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!
4 rükət =1 Həmd, 15 İxlas (hər rükətdə)
2-ci gün: Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu
ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oх
umağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!
4 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)
3-cü gün: Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni
bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün
хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!
10 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə)
4-ci gün: Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə
qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə
yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət
və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!
8 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)
5-ci gün: Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlər-
dən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaх
ın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!
2 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).
6-cı gün: Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk
etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şey-
lərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!
4 rükət =1 Həmd, 1 Mülk (hər rükətdə)
7-ci gün: Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək
gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən
uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq
etməyinə хatir ey yolunu azmışların bələdçisi!
4 rükət =1 Həmd, 13 Qədr (hər rükətdə)
8-ci gün: Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara
təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı
nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!
2 rükət =1 Həmd, 10 İxlas (hər rükətdə) və namazdan sonra
1000 dəfə ‘Sübhanəllah’.
9-cu gün: Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver,
məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt,
məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!
6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi
(hər rükətdə) və namazdan sonra 50 salavat.
10-cu gün: Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin
yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın
olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!
20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə)
11-ci gün: Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir,
məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu
mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!
2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə)
12-ci gün: Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlər-
dən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifa-
yətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər
bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!
8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə)
13-cü gün: Allahım məni bu ayda çirkinlik və murdarlıqdan
paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar
olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz
qalmışların yeganə ümid yeri!
4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə)
14-cü gün: Allahım məni bu ayda хəta və büdrəmələrimə görə
cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni
bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!
6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə)
15-ci gün: Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən
müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin
qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç,
pənah verməyinə хatir ey qorхanların sığınacağı!
4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə),
1 Həmd, 50 İxlas (ikinci rükətdə)
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran
(Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc
tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.
Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız
və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. Əl-Bəqərə, 185.
Ramazan ayının gündəlik duaları və müstəhəb gecə namazları:
16-cı gün: Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq
etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et,
rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir ey
aləmlərin Allahı!
12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)
17-ci gün: Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və
arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey
aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak
əhli-beytinə salavat və salam yetir!
2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə),
1 Həmd, 100 İxlas (ikinci rükətdə)
18-ci gün: Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən
agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi
onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini
nurlandıran!
4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə)
19-cu gün: Allahım bu ayda mənim onun bərəkətlərindən payımı
firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul
olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!
50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə)
20-ci gün: Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və
Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa
müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!
8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə)
21-ci gün: Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın
mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş
yerim et ey istəyənlərin hacətlərini rəva edən!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
22-ci gün: Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç,
bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə
kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını
qəbul edən!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
23-cü gün: Allahım məni bu ayda günahlardan yu, eyblərdən
təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin
büdrəmələrinə göz yuman!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
24-cü gün: Allahım bu ayda Səndən Səni razı salan şeyi istəyirəm,
Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim
Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini
diləyirəm ey möhtaclara əta edən!
8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
25-ci gün: Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin
düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və
sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!
8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə)
26-cı gün: Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş,
günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et,
ey eşidənlərin ən eşidəni!
8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə)
27-ci gün: Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et,
işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan
günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!
4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə)
28-ci gün: Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan
payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində
Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları
Onu digərlərinə nəzər yetirməkdən saхlamır!
6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə)
və namazdan sonra 100 dəfə salavat.
29-cu gün: Allahım məni bu ayda rəhmətinə bürü, mənə
müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət
zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!
2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə)
30-cu gün: Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar
üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı
olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun
pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!
8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra
100 dəfə salavat..
Qədr gecəsinin fəzilət və əməlləri
Bağışlayan və Mehriban Allahın adı ilə.
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək
müstəhəbdir (savabdır):
1 Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya
gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük
savabı vardır.
2 Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər
oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan
Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil
edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu
qarşılayıram.»
3 Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz
məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən fəsad və
pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını
qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi
müəyyənləşdirirəm.»
4 Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük
şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə
sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının
qaydası belədir:
Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən ilallah». Sübh
namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7
dəfə mübarək «İxlas» surəsi oxunmalıdır. Namazı qurtardıqdan
dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və
ətubu iləyh» deyilir.
İmam Sadiq (ə) buyurur: «hər kəs bu namazı qıldıqdan sonra
səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh»
deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və
ata-anasının günahlarını bağışlayar.»
5 Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və
imamların adlarına and verməklə Allahu-təaladan (c.c.)
günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək.
Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi
kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: «Ey Allahım,
Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün
rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində
qoruyub saxlayacağam». Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur:
«Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar.
Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə,
Quran onu cəhənnəmə tərəf yönəldər.» (Yəni, hər kim Quranı
oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə
aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına
baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and
verməyin mənası budur ki, «Ey Allahım, mən Sənə və Sənin ən
istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və
ehtiyaclarımı diləyirəm.»
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi
ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən
təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və
bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla
əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
Bikə ya Allah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil Həsəni (10 dəfə)
Bil Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil Huccəti (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar
qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması
və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın
duaları mütləq qəbul olunur.
6 İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.
7 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq.
(Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla
bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını
ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8 Peyğəmbər (s.a.a.v.) və Əhli-Beytinə salavat göndərmək.
9 Cövşən-kəbir duasını oxumaq
10 həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə
«Əllahummələn qətələtə əmirəl-möminin» (Yəni: «İlahi, Əli (ə)-ın
qatillərinə lənət et»).
11 Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək və tövbə
etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi
günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha
söz verir. Yəni: «Ey Allahım, bu günə qədər mən səhv yolda
olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və
bir daha günah etməyəcəyəm.»
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki,
Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər
və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur. Qədr surəsi
Fitr haqqında
Mübarək Ramazan ayı tamam olduqdan sonra şəvval ayının birinci
günü Fitr bayramıdır və Fitr günü oruc tutmaq haramdır. Burada
qarşıya belə bir sual çıxır. Fitr günü bayramdırsa, onda biz nə
etməliyik? Və hansı işləri görməliyik?
Bu sualın cavabını həzrət Peyğəmbər (s.a.a.v.)-in hədisi ilə
cavablandırmağımız daha gözəl olar. Həzrət Peyğəmbər (s.a.a.v.)
şəvval ayının birinci günü belə buyurdu:
"Fitr günü (möminləri səsləyərlər): Ey möminlər! Bu gün (Ramazan
ayında etdiyiniz xeyir işlərin) mukafatını alın!"
Fitr günü oruc tutanlar bir-birini təbrik edərək bu əziz günü
bayram edirlər. Məscidlərə gedib bayram namazında iştirak edərək
Allahu-təaladan (c.c.) öz istəklərini diləyib Ramazan ayında
tutduqları orucun və etdikləri ibadətlərin mukafatını alırlar. Lakin
burada bir incəliyi qeyd etmək lazımdır ki, insan bayram edərkən
heç bir günah iş görməməlidir. Bəzi insanlar elə hesab edirlər ki,
bayram günü pozğunluq etmək lazımdır. Belə insanlar nadanlıq
üzündən hər cür pozğunluğa əl atmaqla özlərinə bayram edirlər.
İnsan istər bayram günlərində, istərsə də başqa günlərdə
Allahu-təalanın (c.c.) narazı olduğu işlərə əl atmamalıdır. Həzrət
Əli (ə) bu barədə buyurur: "Hansı gün ki, insan günah etmədi, o
gün onun bayramıdır."
Fitrə zəkatı
Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an
qalanda belə, həddi-buluğa çatan, aqil, fəqir və bir kəsin qulu
olmasa özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda,
arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən
3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə,
ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansını pulunu versə,
kifayətdir. Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin
edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də
olmasa fəqirdir və fitrə zəkatı ona vacib deyil.
Hər kəs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri
hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun,
istərsə kiçik; istər müsəlman olsun, istərsə də kafir; istər onların
xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində
olsun, istərsə də başqa şəhərdə. Fitr bayramı gecəsində iftar
vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun
çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir. Fitr
bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı
olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq
onun çörək yeyənlərindən hesab olunarsa, ehtiyata əsasən onun
fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə
məcbur etdiyi şəxsin də fitrəsini verməlidir. Fitr bayramı gecəsi
məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl dəvət
olunmuş olsa və orada iftar etsə belə) ev sahibinə vacib deyil.
Fitrə zəkatının istifadə olunduğu yerlər
Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam
şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər.
Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib,
yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından
asılı olmayaraq, fitrə vermək olar. Fitrə alan fəqirin adil olması
lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar
böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən
yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.
Fitr bayramı namazı
Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla
qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz
müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və
qurban bayramı namazlarının vaxtı günəş doğandan
günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının
namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş
qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
Fitr bayramı namazının qaydası
Fitr bayramı namazı iki rəkətdir. Birinci rəkətdə həmd və surə
oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir
qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir,
ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir
deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən
sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz
başa çatır.
Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma
savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:
«Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və
əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi
hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin
səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və
məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən
tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə
muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu
muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim
əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə
və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun».
Fitr bayramı namazında müstəhəb əməllər
Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə
yetirmək müstəhəbdir:
1 Bayram namazında qiraəti ucadan oxumaq.
2 Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə
oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq,
bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə
camaatla qılınan namaza aiddir).
3 Bu namazda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar
ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli,
ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun.
4 Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc
açılsın.
5 Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və
sonra dua kitablarında verilmiş dualardan oxunsun.
6 Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər
yuxarı qaldırılsın.
7 Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr
günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra
bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu
vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla
ma hədana»
9 Bayram namazı açıq fəzada qılınsın.
İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün
gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. İbrahim,31.
Ramazan ayı ilə bağlı hədislər
Allahın Peyğəmbəri (s): “Oruc tutmağı sənə tövsiyə edirəm
ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan
götürər.”
Allahın Peyğəmbəri (s): “Hər şeyin zəkatı var, bədənin
zəkatı da orucdur.”
Allahın Peyğəmbəri (s): “Oruc tutun ki, sağlam olasınız.”
Allahın Peyğəmbəri (s): “Oruc tutan öz yatağında yatsa
belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət
halındadır.”
Allahın Peyğəmbəri (s): ”Hər bir oruc tutan, yemək yeyən
şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha
təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər.
Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə
olar.”
Allahın Peyğəmbəri (s): “Oruc od qarşısında bir sipərdir.”
Xanım Fatimeyi Zəhra (s.ə): “Allah-taala orucu ixlasın
möhkəmliyi üçün vacib etmişdir.”
İmam Baqir (ə): “Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.”
İmam Sadiq (ə): “Allah-taala buyurur: Oruc Mənim
üçündür və onun mükafatını Özüm verəcəyəm.”
İmam Sadiq (ə): “Oruc tutanın yuxusu ibadət, sükutu
təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.”
İmam Sadiq (ə): “Oruc tutanın iki sevinci var: bir sevinci
iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir”
İmam Sadiq (ə): “Oruc tutana iftar verənin savabı, oruc
tutanın savabı qədərdir.”
İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini
bəyan edərkən): “Varlı aclıq dərdini dadsın və yoxsula
kömək etsin.”
İsti havada və qışda oruc tutmağın fəziləti
Allahın Peyğəmbəri (s): “Qışın orucu fərəh bəxş edən bir
qənimətdir.”
İmam Sadiq (ə): “Ən üstün cihad, isti havada oruc
tutmaqdır.”
İmam Sadiq (ə): “Qış fəsli möminin baharıdır. Gecəyarı
ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc
tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.”
Könüllü və müstəhəb oruc tutmağa həvəsləndirmək
Allahın Peyğəmbəri (s): “Kim könüllü olaraq bir gün oruc
tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını
tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını
bütünlüklə alar.”
Allahın Peyğəmbəri (s): “Kim İlahi savab qazanmaq üçün
bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.”
Allahın Peyğəmbəri (s): “Kim hər ay üç gün oruc tutsa,
ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala
buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq
savabı yazılar.”
İmam Sadiq (ə): “İnsan İlahi mükafatı qazanmaq üçün bir
gün könüllü oruc tutar və Allah-taala buna görə onu
cənnətə aparar.”
Oruc tutmağın ədəbi
Allahın Peyğəmbəri (s): “Allah-taala buyurur: “Kimin bədən
üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə
yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.”
İmam Əli (ə): “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi
kimi, haramlardan da uzaqlaşmasıdır.”
Xanım Fatimeyi Zəhra (s.ə): “Əgər oruc tutan öz dilini,
qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan
saxlamırsa, orucunun nə faydası var?”
Məhəmməd ibn Muslim: “İmam Sadiq (ə) buyurdu: Oruc
tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də
oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və
buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni
olmasın.”
Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam)
nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır.  Nəcm,1,2,3.
WWW.313NEWS.NET
 
Facebook beğen
 
 
Bugün 2 ziyaretçi (3 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol